- Təlimçi: Mahir Dadaşov
- Mühazirələr: 10
- Testlər: 9
- Müddəti: 100 həftə
MARKETİNQ NƏDİR?
Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət”dir. Marketinq – mübadilə fəaliyyətinini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. İstehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan avvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.
Marketinqin fəlsəfəsi çox sadədir: “elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun”. Yalnız belə olduqda, bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.
TƏLİM KİMLƏR ÜÇÜNDÜR:
- Marketinq və Satış sahəsində işləmək istəyənlər
- Satış təmsilçiləri və satış menecerləri
- Bu sahədə karyera qurmaq istəyənlər
- Özünü və biznesini inkişaf etdirmək istəyən hər kəs
TƏLİMİN MƏQSƏDİ
Bu təlim Marketinq və satış sahəsində müasir üsulları istifadə edərək nəzəri və praktiki biliklər qazandırmağı qarşısına məqsəd qoyur. Təlimçi mövzuları yalnız satış istiqamətində deyil, eyni zamanda müştəri məmnuniyyətinə, satışa və markaya olan təsirinin əhəmiyyəti istiqamətində təqdim edəcək.
MÖVZULAR
- Marketinq haqqında ümumi anlayış
- Marketinq əhatə dairəsi və bazar fürsətlərinin izlənməsi
- İstehlakçı davranışları
- Marketinqin idarə edilməsi və strateji planlamalar
- Yerləşdirmə (məhsulun həm zehni, həm maddi yerinin müəyyən edilməsi)
- Məhsul (mallar və xidmətlər)
- Marka və qablaşdırma qərarları (strategiyası)
- Tarif (qiymətlər) və bazara çıxış kanalları
- Satışın təşkil edilməsi
İŞLƏYƏ BİLƏCƏYİNİZ SAHƏLƏR və İSTİQAMƏTLƏR
Bu təlim proqramını müvəffəqiyyətlə bitirən şəxslər qazandıqları biliklərə əsasən aşağıdakı sahə və mövqelərdə vakansiya axtarmağa və ya çalışmağa başlaya bilər.
- Firmalarda marketinq və satış şöbələri
- Satış departamentləri
- Marketinq məsləhət (konsultasiya) şirkətləri
- İstehsalat və satış müəssisələri
- Müvafiq Dövlət və Özəl qurumlar və s…
1. Marketinq nədir?
2. Marketinq əhatə dairəsi. Bazar fürsətlərinin izlənməsi
3. İstehlakçı davranışları
4. Marketinqin idarə edilməsi. Strateji planlamalar
5. Mövqeləndirmə (məhsulun həm zehni, həm maddi yerinin müəyyən edilməsi)
6. Məhsul (mallar və xidmətlər) / Bazar seqmentləşdirmə
7. Marka və qablaşdırma qərarları (strategiyası)
8. Tarif. Qiymətləndirmə strategiyaları
9. Beş güc modeli
Sertifikat sifarişi